Bu ilin 3-cü rübü üzrə Azərbycanda ən çox xalis əməliyyat mənfəəti əldə edən bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların xalis əməliyyat mənfəətinin həcminə görə hazırladığı renkinqə istinadən xəbər verir ki, 3 bankın xalis əməliyyat mənfəəti 200 milyon manatdan yüksəkdir.
Məlumata görə ən çox əməliyyat mənfəəti əldə edən bank "Azərbaycan Beynəlxalq bankı" (ABB) olub. Bank 3-rüb üzrə ümumilikdə 377 milyon 981 min manat əməliyyat mənfəəti əldə edib.
"Kapital Bank"da bu göstərici 328 milyon 729 min manat təşkil edib. "Paşa Bank"da isə 200 milyon 587 min manata bərabər olub.
12 bankın əməliyyat mənfəəti 100 milyon manatdan aşağı, 10 milyon manatdan yuxarı olub. Yerdə qalan bankların əməliyyat mənfəəti isə milyon manatdan aşağı olub.
Məsələn "Bank Avrasiya"da xalis əməliyyat mənfəəti 5 milyon 359 min manata, "Azərbaycan Sənaye Bankı"nda 5 milyon 698 min manata bərabər olub.