Azərbaycanda kredit portfeli ən çox artan bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların kredit portfelinin dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək artım faiz ifadəsi ilə "Ziraat Bank Azərbaycan"da 8,5% olmaqla qeydə alınıb. Məbləğ ifadəsi ilə bankın kredit portfeli 45 milyon manat həcmində artıb.
"Ziraat Bank Azərbaycan"dan sonra artıma görə ikinci yerdə 3,2% və ya 9,4 milyon manat göstərici ilə "Azərbaycan Sənaye Bankı" gəlir.
Kredit portfelinində 3,1% və ya 25,9 milyon manat artıran "Rabitəbank" üçüncüdür.
"AccesBank"ın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 3% və ya 34,7 milyon manat dəyərində böyüyüb.
"Yelo Bank"nın kredit portfelində təxminən 2,7% və ya 25,2 milyon manat artım baş verib.
Siyahıda 6-cı yerdə 2,5% (127,7 milyon manat) artımla "Kapital Bank" yer alıb.
İlk onluqda digər 4 bank "TuranBank" (15,1 milyon manat və ya 2,3%), "Bank of Baku" (16,6 milyon manat və ya 2,2%),"AFB Bank" (3,75 milyon manat və ya 2%), və "Bank Respublika" (28 milyon manat və ya 1,9%) olub.
Hesabat rübündə 22 bankın 15-nin kredit portfelində artım baş verib.