Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-nun depozit portfeli bu il iyulun 1-nə illik müqayisədə az olub.
Eləcə də bax: Azərbaycanda depozit portfelinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (30.06.2020)
FED.az xəbər verir ki, bunlar "Turan Bank", "Bank Avrasiya", "Premium Bank", "Azər-Türk Bank", "Access Bank", "Yapı Kredi Bank Azərbaycan", "Unibank", "Muğan Bank", "Bank Respublika" və "Express Bank"dır.
Ən çox azalma "Express Bank"da (30%), ən az azalma isə "Turan Bank"da (2,1%) qeydə alınıb.
Qalan 16 bankın isə depozit portfeli artıb. Ən yüksək dinamika Pakistan Milli Bankının Bakı filialında (3,3 dəfə), ən aşağı dinamika isə "PAŞA Bank"da (0,5%) qeydə alınıb. (Renkinq)