Azərbaycan Beynəlxalq Bankının (ABB) depozit portfeli 9 milyard 68 milyon 190 min manata çatıb.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu, ilin əvvəli ilə müqayisədə 49 milyon 41 min manat və ya 0,5% artım deməkdir.
Depozit portfelinin 2 milyard 990 milyon 731 min manatı fiziki şəxslərin, 6 milyard 77 milyon 460 min manatı isə hüquqi şəxslərin payına düşüb.
İlin əvvəlindən fiziki şəxslərin depozitləri 241 milyon 597 min manat (8,8%) artıb. Xatırladaq ki, ilin əvvəlində bankın ümumi depozit portfeli 9 milyard 19 milyon 150 min manat təşkil edirdi. Bu məbləğin 2 milyard 749 milyon 134 min manatı fiziki, 6 milyard 270 milyon 2 min manatı isə hüquqi şəxslərin depozitləri idi.