2025-ci ilin avqustun 1-nə Azərbaycanda bankların iri sahibkarlığa verdiyi kreditlərin portfeli 8 milyard 221,4 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Bu seqmentin portfeli son bir ildə 335,3 milyon manat, yəni 4,3% artıb. Lakin ötən ilin sonundan bəri portfel 75,9 milyon manat, yəni 0,9%, son bir ayda isə 286,5 milyon manat, yəni 3,4% azalıb.
Xatırladaq ki, iri sahibkarlığın kredit portfeli bu ilin iyulun 1-nə 8,507,9 milyon manat, ötən ilin sonunda 8,297,3 milyon manat, 2024-cü ilin avqustun 1-nə isə 7,886,1 milyon manat təşkil etmişdir.