Bu ilin 1 noyabr tarixinə Azərbaycan banklarının xarici valyutada cəlb etdiyi əmanətlərin məbləği təqribən 4,9 milyard manata yaxın olub.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə bunun da 4,6 milyard manatı paytaxt Bakı şəhərinin payına düşüb.
İlk üçlüyə Bakı şəhəri ilə yanaşı 53 milyon manatla Sumqayıt və 23,3 milyon manatla Gəncə şəhəri də daxildir.
Abşeron rayonunda xarici valyutada banklara 13,4 milyon manat, Zaqatalada 4,9 milyon manat, Xaçmazda 4,8 milyon manat, Lənkəranda 4,1 milyon manat, Mingəçevirdə və Şəkidə 3,5 milyon manat əmanət yerləşdirilib.
Banklara xarici valyutada ən az əmanət yerləşdirən rayonlar isə 0,1 milyon manat olmaqla Culfa, Daşkəsən, Naftalan, Sədərək, Lerik, Ordubad, Babək, Zərdab, Hacıqabul, Ağdam, Samux rayonları olub.