Bu ilin 1 noyabr tarixinə Azərbaycan banklarının milli valyutada cəlb etdiyi əmanətlərin məbləği təqribən 9,5 milyard manata yaxın olub.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə bunun da 8 milyard manatı paytaxt Bakı şəhərinin payına düşüb.
İlk üçlüyə Bakı şəhəri ilə yanaşı 267,8 milyon manatla Sumqayıt və 178,1 milyon manatla Gəncə şəhəri də daxildir.
Abşeron rayonunda milli valyutada banklara 116,9 milyon manat, Xaçmazda 60,2 milyon manat, Lənkəranda 57 milyon manat, Naxçıvanda 45,5 milyon manat, Mingəçevirdə isə 43,8 milyon manat əmanət yerləşdirilib.
Banklara milli valyutada ən az əmanət yerləşdirən ərazilər isə 0,8 milyon manat olmaqla Xankəndi şəhəri və Xızı rayonlarıdır.
Sədərək rayonunda bu göstərici 1 milyon manat, Kəngərlidə 1,2 milyon manat, Qobustanda 1,6 milyon manat, Daşkəsəndə 1,8 milyon manat təşkil edib.