2025-ci ilin sentyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların faiz və bu qəbildən olan gəlirləri 3 milyard 237,7 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Bankların cəmi faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 589,2 milyon manat, yəni 22,2% artıb, lakin ötən ilin sonuna nəzərən 732,1 milyon manat, yəni 18,4% azalıb. Aylıq müqayisədə isə gəlirlər 423,6 milyon manat, yəni 15,0% yüksəlib.
Bu gəlirlərin əsas hissəsini təşkil edən kreditlər üzrə faiz gəlirləri 2 milyard 544,7 milyon manata çatıb. Bu, illik müqayisədə 495,9 milyon manat, yəni 24,2% artım, ötən ilin sonuna nəzərən isə 561,2 milyon manat, yəni 18,1% azalma deməkdir. Son bir ayda bu gəlirlər 331,9 milyon manat, yəni 15,0% artıb.
Gəlirliliyə təsir edən faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlar maddəsi 45,1 milyon manata yüksəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,0 milyon manat, yəni 24,9%, ötən ilin sonuna nəzərən 10,1 milyon manat, yəni 28,9%, aylıq müqayisədə isə 41,2 milyon manat, yəni 1056,4% (11,5 dəfə) kəskin artım deməkdir.
Bankların maliyyə sektorunda yerləşdirilmiş vəsaitlərdən əldə etdiyi gəlirlər 205,8 milyon manat təşkil edib. Bu, illik müqayisədə demək olar ki, dəyişməyib (0,1 milyon manat azalma), ötən ilin sonuna nəzərən isə 81,8 milyon manat, yəni 28,4% azalıb. Bununla belə, aylıq müqayisədə bu gəlirlərdə 33,0 milyon manat, yəni 19,1% artım qeydə alınıb.
Qiymətli kağızlar üzrə gəlirlər isə 371,7 milyon manata çatıb. Göstərici illik müqayisədə 80,7 milyon manat, yəni 27,7%, aylıq müqayisədə isə 45,4 milyon manat, yəni 13,9% artıb. Lakin ötən ilin sonuna nəzərən bu istiqamətdə 57,6 milyon manat, yəni 13,4% azalma müşahidə olunur.
Nəhayət, digər faiz gəlirləri 115,5 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 milyon manat, yəni 12,5%, son ayla müqayisədə isə 13,3 milyon manat, yəni 13% artım deməkdir. Ötən ilin sonuna nəzərən isə bu gəlirlər 31,4 milyon manat, yəni 21,4% azalıb.
Xatırladaq ki, bankların cəmi faiz gəlirləri bu ilin avqustun 1-nə 2 milyard 814,1 milyon manat, ötən ilin sonunda 3 milyard 969,8 milyon manat, 2024-cü ilin sentyabrın 1-nə isə 2 milyard 648,5 milyon manat təşkil edib.