2025-ci ilin sentyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların əməliyyat mənfəəti 1 milyard 187,5 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Bankların əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 39,3 milyon manat, yəni 3,4% artıb, lakin ötən ilin sonuna nəzərən 475,7 milyon manat, yəni 28,6% azalıb. Aylıq müqayisədə isə əməliyyat mənfəəti 101,6 milyon manat, yəni 9,4% yüksəlib.
Xatırladaq ki, bankların əməliyyat mənfəəti bu ilin avqustun 1-nə 1 milyard 85,9 milyon manat, ötən ilin sonunda 1 milyard 663,2 milyon manat, 2024-cü ilin sentyabrın 1-nə isə 1 milyard 148,2 milyon manat təşkil edib.