Azərbaycanın ən böyük bankı olan ABB-də müştəri məmnuniyyəti göstəricisi 55%-ə yüksəlib.
Eləcə də bax: ABB-nin sədr müavini: “Məsafədən satış potensialımızla çox iddialıyıq” - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyəti sədrinin müavini, Baş transformasiya inzibatçısı Taleh Tahirli bildirib.
Onun sözlərinə görə, bankın müştəri məmnuniyyətinin ölçülməsi məqsədilə aparılan araşdırma zamanı müştəri məmnuniyyəti səviyyəsini müəyyənləşdirən NPS indikatorunun ABB-də 55%-ə yüksəldiyi məlum oldu. «Bu, bizim strateji dövrdə qarşıya qoyduğumuz 60%-lik NPS hədəfinə çox yaxındır»-deyə sədr müavini bildirib.
Onun sözlərinə görə, NPS tədbirlərinin bir hissəsi kimi ABB mobile tətbiqinin hər bir istifadəçisi də müştəri məmnuniyyəti sorğusu alır:
«Nəyi daha da təkmilləşdirə bilərik sualını onlara təqdim edirik. Gələn cavablar bizim yol xəritəmizin mühüm hissəsidir. Tətbiqdən istifadə zamanı hər hansı problem yaşandıqda müştərilərimiz bunu bir toxunuşla bizə bildirir, problem həll olunduqdan sonra isə bu barədə onlara məlumat göndərilir. Strategiyamızın növbəti hədəflərindən biri də rəqəmsal satış və xidmətlərin payını sürətlə artırmaqdır. Məsafədən satış potensialımızla çox iddialıyıq».