Bank

Azərbaycan bankı - İMİCİNİ DƏYİŞƏCƏK

Azərbaycan bankı - İMİCİNİ DƏYİŞƏCƏK | FED.az
15:32 2 Dek 2019

“Bank VTB Azərbaycan” ASC restaylinq həyata keçirəcək.  FED.az xəbər verir ki, bu barədə bankın elanında məlumat verilib. 

Belə ki, “Bank VTB Azərbaycan” ASC restaylinqinin həyata keçirilməsi çərçivəsində baş ofisinin reklam-tərtibat işlərinin aparılması üzrə açıq tender elan edib.

Eləcə də bax:"Bank VTB Azərbaycan"ın rəhbərliyində - DƏYİŞİKLİK OLACAQ

Tender sənədləri ilə Bankın Xətai prospekti, 38, Messenat Plaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən ofisində tanış olmaq olar. Tender təklifiləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş şəkildə  (əgər kontragent fərdi sahibkardırsa, imzalanmış) və 06.12. 2019-ci il saat 16:00-dan gec olmayaraq bağlı və möhürlənmiş qeyri-şəffaf zərfdə (içindəkilərin möhürlənmiş və imzalanmış siyahısı əlavə olunmaqla) Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., ev 38 Messenat Plaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir.

Digər xəbərlər