Bank

Azərbaycan bankı girovdakı obyektləri – SATIŞA ÇIXARDI – SİYAHI, QİYMƏTLƏR

Azərbaycan bankı girovdakı obyektləri – SATIŞA ÇIXARDI – SİYAHI, QİYMƏTLƏR | FED.az
12:09 31 Okt 2019

"Bank VTB Azərbaycan" girovda olan kommersiya obyektlərini satışa çıxarıb. FED.az xəbər verir ki, satışa 3 obyekt çıxarılıb.

Bərdə şəhərində mağaza

Mağaza Bərdə şəhərində H.Əliyev prospekti 514-də yerləşir. Dükanın sahəsi 580 m2-dir. Obyekt təmirlidir və çıxarışı var. Obyekt 280 min manata təklif olunur.

Eləcə də bax:Azərbaycan bankı girovdakı avtomobilləri – SATIŞA ÇIXARDI – SİYAHI, QİYMƏTLƏR

Bərdə şəhərində mağazalar şəbəkəsi

Şəbəkə Bərdə şəhərində H.Əliyev prospekti 518-də yerləşir. Sahəsi 1066.8 m2-dir. Obyetklər təmirlidir və çıxarışı var. Şəbəkə 570 min manata satılır.

Bərdə şəhərində otel

Otel Bərdə şəhəri H. Əliyev prospekti 169-da yerləşir. Mehmanxananın sahəsi 546.1 m2-dir. Otel təmirlidir , çıxarışı var. İstirahət mərkəzinin qiyməti 300 min manatdır.

Digər xəbərlər

Banner