“Kapital Bank”ın maliyyə vəziyyəti məlub.
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, “Kapital Bank”ın 2019-cu ilin yekunu xalis mənfəəti 134 milyon 708 min manat təşkil edib. Bu göstərici 2018-ci ilin 4-cü rübü ilə müqayisədə 36 milyon 655 min manat və ya 37,38% çoxdur. Məlumat üçün bildirək ki, 2018-ci ili bank 98 milyon 053 min manat xalis mənfəətlə tamamlamışdı.
Eləcə də bax:Azərbaycanın aparıcı bankı kredit verilməsini – DAYANDIRIB - AÇIQLAMA
Bankın əməliyyat mənfəəti artıb
2018-ci illə müqayisədə 2019-cu ildə bankın faiz gəlirləri 400 milyon 097 min manat(24,69% çox), faiz xərcləri isə 63 milyon 365 manat( 16,30% az),qeyri-faiz gəlirləri 170 milyon 345 min manat (24,47% çox), qeyri-faiz xərcləri 209 milyon 791 min manat(31,56% çox) təşkil edib. Bankın faiz və qeyri-faiz gəlirlərindən, faiz və qeyri-faiz xərclərini çıxdıqdan sonra bankın əməliyyat mənfəəti 298 milyon 146 min manat təşkil edib. Qeyd edək ki, bankın ümumi ehtiyatlara ayırmaları 35 milyon 082 min manat təşkil edib ki, bu da 2018-ci ilin yekunu ilə müqayisədə 10 milyon 083 min manat çoxdur. Belə ki, 2018-ci ilin bankın ümumi ehtiyatlara ayırmaları 24 milyon 999 min manat olub. Bu 2018-ci ilin yekunu ilə müqayisədə 40,33% çoxdur.
Eləcə də bax:Azərbaycanda bank siqnalizasiya sistemi alır - TENDER
Bankın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatları 2019-cu ildə 123 milyon 069 min mnat təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 29 milyon 658 min manat və ya 31,75% çoxdur. Bankın mənfəət vergisindən əvvəlki mənfəəti isə 172 milyon 592 min manat təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 42 milyon 766 min manat və ya 32,94% çoxdur. "Kapital Bank" 2019-cu ilin yekununda 37 milyon 884 min mnat mənfəət vergisi ödəyib ki, bu da 2018-ci illə müqayisədə 6 milyon 111 min manat və ya 19,23% çoxdur.
Bankın aktivləri və öhdəlikləri artıb
Bankın aktivləri 2019-cu ilin yekun nəticəsi olaraq 4 milyard 143 milyon 323 min manat olub. Bu göstərici ötən ilin ilin yekunu ilə müqayisədə 426 milyon 842 min manat və ya 11,48% çoxdur. Belə ki, 2018-ci ildə bankın aktivləri 3 milyard 716 milyon 480 min manat olub.
Bankın öhdəlikləri isə 2019-ci ilin yekununda 3 milyard 718 milyon 268 min manat olub ki, bu da 2018-ci ilin yekunu ilə müqayisədə 373 milyon 674 min manat və ya 11,17% çoxdur.
“Kapiatal Bank”bankın kapitalı da az artmayıb. Belə ki, 2019-cu ildə bankın kapitalı 425 milyon 054 min manat olub ki, bu da 2018-ci ilin yekunu ilə müqayisədə 53 milyon 167 min manat və ya 14,29% çoxdur.
“Kapital Bank”ın müştərilərni verdiyi kredit 1 milyard manatı keçib
Bank 2019-cu ildə müştərilərinə 1 milyard 821 milyon 222 min manat kredit verib. Bu 2018-ci ilə müqayisədə 320 milyon 334 min manat və ya 21,34% çoxdur. Bankın depozitləri isə 3 milyard 235 milyon 996 min mant təşkil edib. Bu 2018-ci illə müqayisədə 287 milyon 737 min manat və ya 9,75% çoxdur.