“AtaHolding” MMC-nin yeni baş direktoru vəzifəsinə 39 yaşlı Rəşad Rəsullu təyin edilib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, o, 2012-ci ildən bu vəzifəni tutan Adığözəl Ağayevi əvəz edib.
Eləcə də bax: "Bank Respublika"da iki yeni təyinat - ADLAR
R.Rəsullu 2014-cü ildən AtaHolding-in strukturlarında işləyir. O həmçinin “Azmont İnvestments” MMC-nin Müşahidə Şurasının üzvüdür.
Rəşad Rəsullu 11 aprel 1980-ci ildə anadan olub. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər üzrə bakalavr dərəcəsi, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Əmək fəaliyyətinə Azərbaycan Respublikası Milli Bankında başlayıb və 2002-2004-cü illərdə İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi olub. 2004-cü ildən etibarən “AtaHolding” ASC-də İnsan Resursları və İctimaiyyətlə Əlaqələr Departamentinin mütəxəssisi kimi çalışmağa başlayan Rəşad Rəsullu, daha sonra Katiblik Departamentinin direktoru təyin edilib. 2006-cı ildə Müşahidə Şurası sədrinin müşaviri təyin edilib və 2012-ci ilin oktyabrına qədər bu vəzifədə çalışıb.
2012-ci ilin oktyabrından etibarən “AtaHolding” ASC İdarə Heyəti sədrinin müavini təyin edilib. O, “AtaHolding” Şirkətlər Qrupu üzrə marketinq, kommunikasiyalar, insan resursları, keyfiyyət və korporativ idarəetmə sahələrinə rəhbərlik edir. Rəşad Rəsullu həmçinin, “AtaHolding” Şirkətlər Qrupuna daxil olan “AtaSığorta” ASC-nin Direktorlar Şurasının, “Bank VTB Azərbaycan” ASC-nin Müşahidə Şurasının üzvüdür.