Azərbaycan Sənaye Bankının (ASB Bank) depozit portfelində manatın payı azalmaqdadır.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə ASB Bankın yarımillik maliyyə hesabatında deyilir.
Hesabata görə, 615.06 milyon manatlıq müştərilərdən cəlb etdiyi depozitlərin (illik müqayisədə 6.1% azalıb) 254.23 mln. manat ekvivalenti ABŞ dollarındadır. Bu da portfeldə 41.33% paya sahib olması deməkdir. Öncəki ilin eyni dövründə ABŞ dollarının payı 39% idi.
Portfelin milli valyutada 106.93 mln. manatı olmaqla payı 17.3% (öncəki ildə: 21.8%), avroda 61.11 mln. manat ekvivalentində olmaqla 9.9% (12.7%) və digər valyutada 192.79 mln. manat ekvivalentində olmaqla 31.3% (26.5%) təşkil etmişdir.