Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycanda aprel ayı ərzində karantin rejimi müddətində banklara requlyativ tətillər veriləcək.
Eləcə də bax: İş adamları dövlətin kredit dəstəyindən – NƏ QAZANACAQ? – HESABLAMA
FED.az xəbər verir ki, bu tədbir Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş və koronavirusdan zərər çəkmiş sahibkarlıq subyektlərinə və əhaliyə dəstəyin göstərilməsinə dair Tədbirlər Planında nəzərdə tutulub.
Requlyativ tətillərin verilməsində məqsəd pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsindən ibarətdir.
Plana əsasən, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Azərbaycan Mərkəzi Bankı aprel ayı ərzində yeni iqtisadi reallıqları özündə əks etdirən makroiqtisadi siyasət çərçivəsini hazırlamalıdır.
Mərkəzi Banka 2020-ci il ərzində monetar situasiyadan asılı olaraq sterilizasiya portfelinin həcminin genişləndirilməsi, kapitalın hərəkəti və valyuta rejiminin effektivliyinin artırılması istiqamətlərində kompleks tədbirlərin görülməsi və nəzarətin gücləndirilməsini həyata keçirmək tapşırılıb.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda aprelin 20-dək xüsusi karantin rejimi tətbiq olunub.