Cari ilin sentyabr ayında AMB-nin rəsmi beynəlxalq ehtiyatları 9 775,3 milyon ABŞ dolları təşkil edib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən sentyabr ayı ilə müqayisədə 2 108 milyon dollar və ya 27,5% çoxdur.
Belə ki, ötən ilin eyni dövründə bu göstərici 7 667,3 milyon dollar olub.
Aylıq müqayisədə isə 410,9 milyon dollar, 4,4%-lik artım qeydə alınıb.
Avqust ayında olan ehtiyatlar 9 364,4 milyon dollar təşkil edib.