Cari ilin oktyabrın 1-nə Azərbaycan banklarının xalis daxili aktivləri 21 402,8 milyon manat təşkil edib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 1 418,5 milyon manat və ya 7,1% çoxdur. Belə ki, ötən ilin eyni dövründə bu göstərici 19 983,8 milyon manat olub.
İlin əvvəli ilə müqayisədə 5 255,5 milyon manatlıq (32,5%) artıb olub. Cari ilin əvvəlində xalis daxili aktivlər 16 146,8 milyon manat təşkil edib.
Aylıq müqayisədə isə 3 519,1 milyon manat, 19,7%-lik aartım qeydə alınıb. Sentyabr ayının 1-nə olan xalis daxili aktivlər 17 883,2 milyon manat təşkil edib.