Ölkənin aparıcı banklarından olan “AFB Bank” ASC müştəri xidmətlərinin təkmilləşdirilməsi və daha yüksək səviyyədə xidmət göstərilməsi üçün daim səy göstərir.
FED.az xəbər verir ki, xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə Bankın “Sumqayıt” filialı yeni ünvana köçürülmüşdür.
Eləcə də bax: “AFB Bank” özünüməşğulluq proqramına dəstək göstərməyə davam edir!
17 avqust 2020-ci il tarixindən etibarən müştərilər Sumqayıt şəhəri, 5-ci mikrorayon Nəriman Nərimanov prospekti, 53A ünvanında yerləşən “Sumqayıt” filialının yeni ofisində müxtəlif növ bank xidmətlərindən istifadə edə bilərlər. Yeni filialda müştərilərə əmanət və cari hesabların açılması, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, hesablaşma-kassa əməliyyatları, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və digər bank xidmətlərini təklif edilir.
Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Sosial izolyasiya tədbirlərini nəzərə alan Bank müştərilərinə daha çox rəqəmsal kanallarla xidmət etməyi hədəfləyib. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.