“AccessBank” QSC-nin fiziki şəxslər üçün təklif etdiyi “Müddətli” əmanətin faiz dərəcəsində dəyişiklik edilib.
Eləcə də bax: “AccessBank”da əmanət məbləği artdıqca faiz dərəcəsi də - Avtomatik Artır
FED.az Banker.az-a istinadən xəbər verir ki, bankın əmanətinin ABŞ dollarında cəlb edilməsi 1.1%-dən 1.7%-ə qədər yüksəldilib.
Qeyd edək ki, bu əmanətlər manat və dollarda 6 aydan 24 ayadək qəbul edilir. Minimal olaraq 50 manat və ya dollardan başlayaraq cəlb edilir.