Son zamanlar dövlət və özəl sektorun bütün sahələrində süni intellektdən istifadə olunmağa başlanılıb. Süni intellektdən istifadə işlərin asanlaşdırılması, sürətlənidirilməsi və daha çevik qərarlar verilməsinə gətirib çıxarır. Süni intellektdən ən çox istifadə olunan sahələrdən biri də maliyyə sektoru – xüsusilə də banklardır. Əsasən bankların çağrı mərkəzlərində, “Çatbot”larında, süni intellektdən geniş istifadə olunur. Bu yeniliklərdən geniş şəkildə istifadə edən banklardan biri də “Accesbank”dır. Artıq bankda süni intellekdən bir çox sahələrdə istifadə edilməyə başlanılıb.
AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ: VIP Club rebrendinq edilərək “Private Banking”ə çevrildi
“Accessbank”ın İdarə Heyətinin üzvü, Baş Biznes İnzibatçısı Renat Hümbətov FED.az biznes və maliyyə xəbərləri portalına bankda süni intellektdən geniş şəkildə istifadə olunduğunu bildirib:
“Süni intellekt çox maraqlı bir sahə olması ilə yanaşı, bunun həyata keçirilməsi və bank işində tətbiqi kifayət qədər güc tələb edir. Biz hazırda əsasən çağırı mərkəzlərində, “Çatbot”lardan istifadə edirik. Bu, müştərilərin suallarını tez bir zamanda cavablandırılması üçün çox faydalıdır. Amma digər istiqamətlərdə də, sistemlərin, proseslərin və treninqlərin süni intellektlə istifadə olunmasına çalışırıq”.
İdarə Heyətinin üzvü süni intellektdən istifadənin bankın əməkdaş sayına təsir etmədiyini bildirib:
“Bankda süni intellektdən istifadə olunması, əməkdaşların sayına təsir etmir. Süni intellekt bizə öhdəmizə daha çox iş götürmək, hazırda olan əməkdaş sayı ilə daha çox iş görmək üçün kömək edir. Yəni bu, əməkdaşların azalması ilə bağlı deyil. İnsan resursları həmişə lazım olacaq, bu danılmaz bir faktdır və bunu süni intellekt də dəyişə bilməz. Süni intellekt sadəcə bir konsultant rolunu oynaya bilər, amma istənilən qərar insan tərəfindən verilməlidir”.














