ABB səhmdarlarına Bankın 2025-ci il üzrə mənfəətindən dividend ödənişi dünən başa çatıb.
ABB-nin istiqrazları üçün «növbə yarandı» - 5 milyonluq istiqraza - 15 MİLYON MANATLIQ SİFARİŞ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ABB səhmdarlarının 7 may 2026-cı il tarixində keçirilən Ümumi Yığıncağında səhmdarlara ötən ilin mənfəətindən 200 milyon manat dividend ödənilməsinə qərar verilmişdi. Bu məbləğin 184 000 000 manatı ABB-nin əsas səhmdarı olan dövlətə, qalan hissəsi isə Bankın onminlərlə digər səhmdarına aiddir.
Əvvəlki illərdə olduğu kimi bu il də dividend məbləği səhmdarların bank hesablarına köçürülüb. ABB səhmdarları Bankın ötənilki mənfəətindən bu il də nominal qiymətdən 15.6% dividend gəliri qazanıblar.
Qeyd edək ki, bununla ABB ardıcıl olaraq səhmdarlarına 8-ci ildir ki, yüksək dividendlər ödəyir.














