Azərbaycanın bank sektorunun lideri, ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı – ABB 2024-cü ili mühüm yeniliklərlə başa vurub.
ABB-nin gəlirli istiqrazları – TAM HƏCMDƏ UĞURLA YERLƏŞDİRİLDİ!
Ən vacib yenilik – yeni səhmlərinin sağışa çıxarılması nəticədə ABB-nin on minlərlə yeni səhmdarının olmasıdır. Bu və digər məsələlərlə bağlı FED.az-ın suallarını ABB-nin idarə heyətinin sədr müavini Nəbi Əliyev cavablandırıb.
- Nəbi müəllim, bir qədər əvvəl ABB-nin səhmlərinin kütləvi satışı həyat keçirildi. Bu hadisə ölkədə səhm sahibi olan şəxslərin sayını təqribən nə qədər artırdı?
- Bildiyiniz kimi ABB səhmlərinin emissiyası sentyabr ayında yekunlaşdı və biz bu proses zamanı 33 mindən çox invetor 50 milyon ədədə yaxın sifariş yerləşdirib.
- ABB növbəti ili böyük mənfəətlə başa vurur. Bankın səhm sahibləri, yəni yeni səhmdarları bu ilki (2024-cü ildəki) mənfəətindən də dividend alacaqlar? Bu dividendin təqribi məbləği nə qəər oolacaq?
- Bəli, biz bu barədə hələ səhmlərin buraxılışı zamanı, emissiya prospektində qeyd etmişik. Növbəti il ərzində (yəni 2025-ci ildə) qanunvericilik çərçivəsində səhmdarlara dividend ödəniləcək.
- Bu dividendin təqribi məbləği nə qədər olacaq, yəni ABB öz səhmdarlarına nə qədər qazanc gətirəcək?
- İdarə Heyəti olaraq deyə bilərik ki, bu dividentlərin gəlirik əmsalı keçən il olduğu kimi 15%-in üzərində olacaq və təqribi 195-200 milyon ətrafında dividend ödənişi həyata keçiriləcək.
- Nəbi müəllim, səhm sahibi olan vətəndaşlar dividend alacaqlarını necə biləcəklər və dividend onlara necə ödəniləcək?
- Qaydalara əsasən, kənar audit hesabatları yekunlaşdıqdan sonra ABB bank kütləvi informasiya vasitəsiləri vasitəsilə səhmdarların yığıncağının keçirilməsi tarixini elan edəcək. Bu tarixdə səsvermə həyata keçiriləcək. Səhmdarlarının yığıncağından sonra dividend ödəniləcək. Vəsaitlərin ödənişi ya ABB tərəfdən bir başa olaraq, ya da Milli Depozit Mərkəzi vasitəsilə həyata keçiriləcək. Bununla bağlı müvafiq qərarlar ABB tərəfindən ictimaiyyətlə bölüşüləcək.
- ABB-nin səhmdarlarının alacağı dividedlərdən vergi və ya başqa ödənişlər tutulurmu?
- Xeyr, tutulmur.
- ABB-nin yeni səhmləri kütləvi üsulla satışa çıxarıldı və bu proses yekunlaşdı. Bəs indi necə, birjada ABB səhmlərinin təkrar bazarı nə qədər aktivdir?
- Ümumi olaraq deyə bilərəm ki, ABB səhmlərinin indi də «ABB mobil» tətbiqi vasitəsilə alışı və satışı mümkündür. Rəsmi rəqəm olaraq qeyd edə bilrəm ki, indiyədək birjada ABB-nin səhmlərinin satışı üzrə ümumi məbləği 2,7 milyon manat olan 7minə yaxın əqd bağlanılıb. Səhmlərlə gündəlik ticarət həcmi son günlər görürük ki, təqribən 45-5 min manat ətrafındadır. Ümumilikdə isə ABB-nin səhmləri üzrə gündəlik 25 min manat ətrafında ticarət edilir.