Xəbər verildiyi kimi, Azərbaycanın ən böyük bankının - Azərbaycan Beynəlxalq Bankının səhmlərinin satışı üçün abunə yazılışı başlayıb.
Qiyməti 27 qəpik olan hər səhmə 4,1 qəpik – ABB-NİN SƏHMLƏRİ NƏ QƏDƏR QAZANC GƏTİRİR?
ABB-nin səhmlərinə - ABUNƏ YAZILIŞI BAŞLANDI
Bank sədri: ABB-də səhm sahibi olmaq vətəndaşlarımız üçün çox böyük qazanc fürsətidir" - MÜSAHİBƏ
FED.az xəbər verir ki, iyunun 11-də başlayan abunə yazılışı çərçivəsində ABB-nin 322 milyon səhminin əhaliyə satışı nəzərdə tutulur.
Abunə yazılışından qısa vaxt keçməsinə baxmayaraq ABB-nin səhmlərinə böyük maraq var. Bankın səhmini almaq istəyənlərin sayı, onun indiki səhmdarlarının sayını 3 dəfə üstələyib. Bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov FED.az-a müsahibəsində bildirib.
«Hazırda ABB-nin 1800-ə yaxın özəl səhmdarı var. Təsəvvür edin ki, qısa müddət ərzində artıq üç dəfə bundan artıq sayda, 6000-dən çox investor öz sifarişlərini yerləşdirib. Bu, Bankımızın səhmlərinə olan böyük marağı göstərir. Qeyd etdiyim kimi, hədəfimiz odur ki, Bankımıza on minlərlə yeni investor cəlb edək».
Qaydalara görə, bir nəfər minimum 100 səhm, maksimum isə 75 000 səhm ala bilər.
Abunə yazılışı ABB-nin səhmlərinin nominal qiyməti əsasında - 27 qəpikdən başlayan qiymətlərlə aparılır. Bu qiyməti nəzərə alanda ABB-nin səhmdları olmaq üçün minimum 27 manat (100 səhm üçün), maksimum 20250 manat (75000 səhm üçün) tələb olunur.