2021-ci ildə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin aktivləri 28,1% - 11 milyard 483,857 milyon manata qədər artırıb.
Eləcə də bax: Azərbaycanın ən böyük bankı “ABB”nin – MƏNFƏƏTİ ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı“İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə bankdan məlumat verilib.
2021-ci il ərzində bankın kredit portfeli 18,8% - 3 milyard 99,447 milyon manata qədər, istehlak kreditləri 29,8% - 778,614 milyon manata qədər, biznes kreditləri 19,9% - 1 milyard 587,248 milyon manata qədər, daşınmaz əmlak krediti 7% - 733,585 milyon manata qədər artıb.
Bankın öhdəlikləri 10 milyard 46,112 milyon manata (artım 31,6% - İF) bərabərdir.
Dekabrın 31-nə ABB-nin depozitlərinin həcmi 8 milyard 261,666 milyon manat (2020-ci il dekabrın 31-nə olan göstərici ilə müqayisədə artım 48,9% - İF), o cümlədən əhalinin əmanətləri 1 milyard 282,975 milyon manat (azalma 0,6%) təşkil edib.
Bankın kapitalı 1 milyard 437,745 milyon manat (artım 8,4%) təşkil edib, nizamnamə kapitalı 1 milyard 225,648 milyon manata (artım 0,1%) bərabərdir.
ABB 2021-ci ili 208 milyon 779,64 min manat məbləğində xalis mənfəətlə başa vurub (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 61,4% - İF).
“Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 95,59% təşkil edir. Bütövlükdə, kapitalda 99,66% pay dövlətə məxsusdur.