Azərbaycanın aparıcı banklarından və bank sektorunun aktiv üzvlərindən olan «Bank of Baku» 2026-cı ilin 2-ci rübünün yekunları üzrə göstəricilərini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bankın hesabatına istinadən xəbər verir ki, «Bank of Baku» ilk yarım ildə sürətlə böyüyüb, gəlirlərini və mənfəətini artırıb.
Beləliklə,
«250 milyon manat»lıq böyümə
Bu ilin ilk 6 ayında «Bank of Baku»nun aktivləri 250 milyon manat və ya 21% artaraq 1,4 milyard manata yaxınlaşıb. Aktivlərin bölgüsündə əksər göstəricilər sabit qalıb – böyümənin mənbəyi bankın 1 milyard manatı aşan kredit portfeli olub.
Müştərilər və digər banklara kreditlər artır
Son 6 ayda ayda «Bank of Baku»nun müştərilərə verilən kredit portfeli 150 milyon manat böyüyərək 910 milyondan 1 milyard 60 milyon manata yüksəlib. Artım portfelin bütün hissələrində, o cümlədən biznes kreditlərində baş verib.
2026-cı ilin ik yarısında Bankın menecmenti iri likvidliyi səmərəli istifadə etmək üçün yeni imkan tapıb - «Bank of Baku» təkcə müştərilərə deyil, digər bank və maliyyə təşkilatlarına da kreditləri kəskin artırıb – belə kreditlər təqribdən 90 milyon manat artaraq 44 milyon manatdan 135 milyon manata sıçrayıb.
Pulu banklardan çəkib qiymətli kağızlara yatırıb
Nağd vəsaitlərin təqibən 16 milyon manat artaraq 97 milyon manat yüksəlməsini nəzərə almasaq, aktivlər sırasında ciddi dəyişiklik yoxdur – bank başqa banklardakı depozitlərindən 6 milyon manat geri çəkərək (26-dan 20 milyon manata enib) onu qiymətləri kağızlara yatırıb (81 milyondan 86 milyon manaat yüksəlib).
Aktivlərin artımı gəlirləri yüksəldib
Aktivlərdə başverən dəyişikliklər özünü dərhal «Bank of Baku»nun gəlirlərində göstərib. Belə ki, böyüyən kredit portfeli banka ötənilki 79 milyon manata qarşı, bu il 97 milyon manat gəlir gətirib.
Banklara kreditlərin artımındən isə 2 milyona yaxın gəlir formalaşıb. Qiymətli kağızlara artan yatırımlar da «Bank of Baku»nun bu sahədəki gəlirlərini təxminən yarım milyn manat artıraraq 2,5 milyon manata yüksəldib.
Banka inam – depozit portfelini yüksəldib
2026-cıildə «Bank of Baku»nun maliyyə göstəricilərində ən maraqlı yeniliklərdən biri depozit portfelinin sürətli artmasıdır. 6 ayda depozit poortfeli 210 milyn manat artaraq 950 milyon manata yaxınlaşıb.
Depozitlərin artımında həm fiziki şəxslərin (50 milyon manat artaraq 120 milyon manatı keçib), həm də hüquqi şəxslərin (160 milyon manat artaraq 669 milyon manatdan 828 milyon manata yüksəlib) payı olub.
Əlavə olaraq bankın digər kredit təşkilatlarından aldığı kreditlər 140 milyon manatdan 187 milyon manata yüksəlib. Öhdəliklər sırasında digər göstəricilər sabit qalıb – 20 milyon manatlıq istiqraz və 45 milyon manatlıq digər öhdəliklər dəyişməyib.
«Bank of Baku»da əmanəti olanlar 42 milyon qazanıb
Əgər aktivlərin artımı özünü bankın gəlirlərində göstərirdisə, öhdəliklərin artımı özünü «Bank of Baku»nun faiz xərclərində göstərib – 32 milyondan 46 milyon manata.
Əmanət portfelini böyüdən Bank əmanətlər üzrə ciddi faizlər ödəməyə başlayıb – bu il «Bank of Baku»da əmanəti olanlara 42 milyon manat faiz ödənilib. Bu 2025-ci ildəki 30 milyon manatdan 40% artıqdır. Digər faiz xərcləri elə də yüksək deyil və bütün xərclərin cəmi 7%-ni tutur.
Qeyri-faiz gəlirlərində sabit artım
Bankda müştəri aktivliyinin indikatorlarından biri olan qeyri-faiz gəlirləri də artmaqdadır. İlk yarım ildə «Bank of Baku»nun qeyri-faiz gəlirləri 11,5 milyon manat olub ki, bununda böyük hissəsi haqq və komissiya gəlirlərindən formalaşıb. Hətta valyuta əməliyyatlarında yaranan 200 min manatlıq zərərə baxmayaraq, bankın qeyri-faiz gəlirləri 3 milyon manata yaxın böyüyüb.
Artan gəlirləri kollektivlə bölüşüb - Əmək haqqı xərcləri artır
Əməliyyat intensivliyi və müştəri aktivliyi bankın qeyri-faiz xərclərini də artırıb. Bu xərclər ötənilki 41 milyon manatdan 46 milyon manata yüksəlib.
Yeri gəlmişkən, Bank rəhbərliyi artan gəlirləri kollektivlə səxavətlə bölüşüb, 2026-cı ilin ilk yarısında «Bank of Baku»nun əmək haqqı xərcləri 5 milyon manat artaraq 17 milyondan 22 milyon manata yüksəlib. Faktiki olaraq qeyri-faiz xərcəri yalnız əmək haqlarının hesabına böyüyüb.
Digər maraqlı detal: 2025-ci ilin ilk yarısında əmək haqqı xərcləri bankın qeyri-faiz xərclərində 40% yer tuturdusa, bu il həmin göstərici 48%-ə yüksəlib.
Mənfəəti addım-addım artırır
Hesabata əsasən 6 ayda «Bank of Baku»nun əməliyyat mənfəəti 23,4 milyon manata çatıb, ötən il bu göstərici 18,9 milyon manat idi.
Bank əməliyyat mənfəətinin 2,4 milyon manatını məhburi ehtiyatlara yönəldib, nəticədə vergidən əvvəlki mənfəət 21 milyon manat olub, 5 milyon manatlıq mənfəət vergisi ödənişindən sonra isə xalis mənfəət 16 milyon manata yüksəlib. Bu 2025-ci ilin ilk yarısındakı 14 milyonluq xalis mənfəətdən 2 milyon manat artıqdır.
Sürətli böyümənin fonunda bank kapitalını möhkəmləndirməyi də unutmayıb – ilk yarım ildə «Bank of Baku»nun cəmi kapitalı daha 6 milyon manat artaraq 181 milyon manatı keçib.







![250 milyon manatlıq böyümə: «Bank of Baku» mənfəətini bir qədər də artırdı – [red]HESABAT[/red] | FED.az](upload/news/small/4250848.jpeg)
![250 milyon manatlıq böyümə: «Bank of Baku» mənfəətini bir qədər də artırdı – [red]HESABAT[/red] | FED.az](upload/news/small/2098330.png)
![250 milyon manatlıq böyümə: «Bank of Baku» mənfəətini bir qədər də artırdı – [red]HESABAT[/red] | FED.az](upload/news/small/4904958.png)










