“Xiaomi”nin ilk avtomobilinin fotoları dərc edilib.
Elektrikli avtomobillər doğrudanmı göstərilən qədər yol gedir? - MARKALAR, SİYAHI – ARASDIRMA
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “Bloomberg”in Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin sənədlərinə istinadən məlumatına görə, şirkət “Beijing Automotive Group” ilə birlikdə öz brendi altında avtomobil istehsal edəcək.
Qanuna görə, bütün Çin avtomobil istehsalçıları yeni modellər haqqında məlumatı nazirliyə təqdim etməlidirlər. Daha sonra onlar ictimai müzakirə üçün xüsusi kataloqda nəşr olunur. Beləliklə, 16 noyabr – 22 noyabr 2023-cü il tarixləri arasında yeni “Xiaomi SU7” modeli haqqında rəy buraxa bilərsiniz.
İxtisaslaşdırılmış “National Business Daily” nəşrinin məlumatına görə, şirkət 2023-cü ilin dekabrında istehsala başlamağı planlaşdırır. Elektrikli avtomobilin təxmini dəyəri 300 min yuandan başlayır.