Üç ildən sonra «Kaiyi E5» modeli Rusiyada Çin avtomobilləri arasında qalıq dəyərinə görə lider olacaq.
Rusiyada ən çox satılan Çin avtomobil markaları
FED.az xəbər verir ki, bu barədə Sənaye İnformasiyası üzrə Milli Agentlik (NAPI) məlumat yayıb.
Qalıq dəyər altı model arasında yeni minik avtomobilinin proqnoz qiymətindən hesablanıb. Belə ki, alındıqdan üç il sonra «Kaiyi E5» yeni avtomobilin qiymətinin 89,8%-ni, beş ildən sonra isə 79%-ni özündə saxlayacaq.
Beş ildən sonra «Omoda C5» təqdim olunan modellər arasında ən yüksək qalıq dəyərini – 83,9% saxlayacaq. Üç ildən sonra bu göstərici 88,9% təşkil edəcək.
«Chery Tiggo 7 Pro Max» krossoveri üç ildən sonra 83,6%-ni, beş ildən sonra isə 75%-ni saxlayacaq.
«Changan Uni-K SUV» üçün bu göstəricilər müvafiq olaraq 86,6% və 80,2%, «Changan Uni-V liftback» üçün isə 81,8% və 74,5% təşkil edir.
GAC GS8 modeli isə 3 ildən sonra dəyərinin 83,8%-ni, 5 ildən sonra isə 70,4%-ni saxlayacaq.
Bundan əvvəl Autostat agentliyinin mütəxəssisləri 2023-cü ilin üçüncü rübünün nəticələrinə əsasən ən yaxşı qalıq dəyərinə malik olan dörd yaşlı krossoverləri müəyyən ediblər.
Beləliklə, «Hyundai Creta» birinci yerdədir. Modelin qalıq dəyər indeksi 159,1% təşkil edir. Bu o deməkdir ki, hazırda bu avtomobillərin sahibləri onları 4 il əvvəl (2019-cu ilin üçüncü rübündə) təzə alındıqları qiymətdən orta hesabla 1,5 dəfə baha sata bilərlər. İkinci yeri Çin krossoveri Chery Tiggo 4 (158,8%) tutub. Üçüncü yerdə Renault Duster (157,4%) qərarlaşıb.
Araşdırmaya görə, müasir Çin avtomobillərinin rəqibləri ilə müqayisədə əsas üstünlüyü onların zəngin avadanlıqlarıdır.
Beləliklə, əsas seçimlər baxımından ən "səxavətli" Çin krossoveri Premium konfiqurasiyada «Haval Jolion», "ən kasıb" isə Travel versiyasında «Chery Tiggo 4 Pro» olub. Onların müvafiq olaraq 67 və 51 əsas opsiyası var. Qeyd olunur ki, Çindən gələn krossoverlər Rusiya bazarının 24%-ni tutur. Bununla yanaşı, Rusiya bazarında Çin avtomobillərinin payı 61% təşkil edir.