2024-cü ilin yanvarında Rusiyada yeni minik avtomobillərinin satışı illik müqayisədə 77,3% artaraq 80,2 min avtomobil təşkil edib.
Haval, Geely və Chery Rusiyada ən çox avtomobil satan Çin markalarıdır
FED.az xəbər verir ki, bu barədə "Avtostat" analitik agentliyinin məlumatında deyilir.
"Bu ilin yanvar ayının sonuna Rusiyada 80 212 yeni minik avtomobili satılıb ki, bu da 2023-cü ilin yanvar ayı ilə müqayisədə 77,3% çoxdur", - məlumatda qeyd olunur.
Bundan əvvəl Rusiya Federasiyasında son bir ayda avtomobil satışının nəticələri də Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi tərəfindən verilmişdi. Nazirliyin məlumatına görə, yanvarda 95,6 min avtomobil, o cümlədən 80 minə yaxın minik avtomobili satılıb (2023-cü ilin yanvar ayı ilə müqayisədə +62%).
“Avtostat”ın məlumatına görə, hesabat ayında bazar lideri ənənəvi olaraq yerli brend olan “Lada” olub və onun satışı 26,4% artaraq 22,3 min avtomobil təşkil edib.
İkinci yerdə 9,6 min avtomobil (artım 2,3 dəfə) ilə Çinin Haval brendi qərarlaşıb.
İlk üçlüyü Geely brendi bağlayır: yanvarda 9 min avtomobil satılıb ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 2,6 dəfə çoxdur.
Reytinqdə aşağıdakı brendlər yer alıb: Chery (8,8 min, +59,5%), Changan (4,9 min, artım 16,5 dəfə), Exeed (2,8 min, +52,6%), Omoda (2,7 min, 2,3 dəfə artım), Lixiang (1,7 min), Tank (1,7 min) və Kia (1,3 min, -43,4%). (Marja)