1 fevral 2020-ci il tarixdə keçiriləcək hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
Eləcə də bax: Gələn ildən "Lada"lar - BAHALAŞIR - AÇIQLANDI
FED.az xəbər verir ki, nəqliyyat vasitələri “Zabrat Maşınqayırma Zavodu” və Ali Attestasiya
Komissiyasına məxsusdur:
S/N |
Balanssaxlayıcı müəssisənin adı |
Avtonəqliyyat vasitəsinin markası |
Buraxılış ili |
Start qiyməti (manatla) |
10% beh (manatla) |
1. |
“Zabrat Maşınqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyəti |
Daewoo Espero |
1996 |
1500 |
150 |
2. |
“Zabrat Maşınqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyəti |
Daewoo Super Salon |
2000 |
2000 |
200 |
3. |
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası |
Nissan Maxima |
2006 |
10000 |
1000 |
Qeyd: 1-2-ci sətirdə “Zabrat Maşınqayırma Zavodu” ASC-nin balansında olan nəqliyyat nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.
Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
- Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
- Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)