“Kamaz” 2022-ci ilin aprel ayında 3,8 min ədəd yük maşını istehsal edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 15% azdır.
Eləcə də bax: Overçuk: Qarabağda “KamAZ” zavodunun işə salınması - PLANLAŞDIRILIR
FED.az xəbər verir ki, “Bu azalma, bazar konyukturasının qiymətləndirilməsi və şirkətin anbarlarında həddən artıq ehtiyatın yığılmasının qarşısının alınması üçün şirkət rəhbərliyinin gündəlik konveyer sayını günlük 180 ədədə endirmək barədə əvvəllər qəbul etdiyi qərarla əlaqədar gözlənilən idi”, - deyə məlumatda bildirilir.
Aprel ayında Kamaz mühərrik zavodu avtomobil zavoduna və onun üçüncü tərəf istehlakçılarına 3,9 min ədəd, yanvar-aprel aylarında isı 16,4 min ədəd (illik ifadədə müvafiq olaraq -18 və + 5,4%) mühərrik və güc bloku istehsal edib və təhvil verib.
Aprel ayında 2,99 milyard rubl, yanvar-aprel aylarında 10,88 milyard rubl (illik ifadədə müvafiq olaraq -6,5 və + 9,9%) dəyərində ehtiyat hissələri göndərilib. (Marja)