Yaponiyanın “Honda Motor” şirkəti 2027-ci ilə qədər Çində “Ye” brendi altında altı elektrik avtomobili (EV) modeli buraxmağı planlaşdırır.
Azərbaycana xaricdən elektromobil "daşıyırlar" - GÜNDƏ 9 MAŞIN GƏTİRİLİR
FED.az xəbər verir ki, 2035-ci ilə qədər ölkədə elektrik avtomobillərin 100 faizlik satışını təmin etmək məqsədilə, şirkət, həmçinin 2027-ci ilə qədər Çində “Honda” brendi altında ümumilikdə 10 elektrik avtomobil modeli buraxmağı planlaşdırır.
Yaponiyanın ikinci ən böyük avtomobil istehsalçısı “General Motors” və “Volksvagen” kimi Avropa və Amerika rəqiblərindən avtomobillərin satış sürətində geri qalır.
Çinin elektrik avtomobilləri istehsalçıları tərəfindən artan rəqabət ilə üzləşən “Honda” və “Nissan Motor” ötən ay bildiriblər ki, əsas komponentlər və proqram təminatı sahəsində tərəfdaşlıq imkanını nəzərdən keçirirlər.
Yanvar ayında “Honda” “Honda 0 Series” elektrik avtomobillərini və iki konseptual modelini Las-Veqasdakı “CES” sərgisində təqdim edib. (Azərtac)