Azərbaycana gətirilən elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucuları vergidən azad edilir.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.
Dəyişikliklə elektrik mühərriki ilə işləyən avtomobillər üçünikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.