İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 13-də keçirilən hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 148 sifariş qəbul edilib, bunun 42-si elektron qaydada həyata keçirilib.
FED.az xəbər verir ki, dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və onlayn şəkildə qatılmaq imkanı hərraclarda iştirak prosedurunu daha da sadələşdirib. Bu isə, hərrac iştirakçılarının sayında artıma səbəb olur. Nəqliyyat vasitələrinin əksəriyyətinin rəqabətli olması bunun göstəricisidir.
Budəfəki hərracda Yaponiya istehsalı olan avtomobillərə maraq daha çox olub. Belə ki, ilkin satış qiyməti 8.000 manat olan “Honda Accord” markalı avtomobilə ən son təklif 2,5 dəfə çox artaraq 20.000 manata yüksəlib. Bundan başqa, ilkin satış qiyməti 8.000 manata olan “Toyota Camry” markalı nəqliyyat vasitəsi 15.700 manata satılıb.
13 sentyabr hərracında satılan avtomobillər üzrə dövlət büdcəsinə 132.350 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.
Bakı şəhəri üzrə 13 sentyabr 2022-ci il tarixində keçirilmiş hərracda satılmış nəqliyyat vasitələrinin siyahısı
№ | Balanssaxlayıcı müəssisənin adı | Avtonəqliyyat vasitələrinin markası | Buraxılış ili | Hərraca çıxarılan ilkin satış qiyməti (manat) | Hərracda yekun satış qiyməti (manat) | Protokol №-si və tarixi |
1 | Diasporlarla İş üzrə Dövlət Komitəsi | Toyota Camry | 2010 | 8000 | 15700 | 22/22 05.08.2022 |
2 | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi | Qaz 3110-101 minik | 2003 | 1500 | 1750 | 22/22 05.08.2022 |
3 | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi | Nissan Maxima minik | 2006 | 3000 | 3980 | 22/22 05.08.2022 |
4 | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi | Hyundai Sonata minik | 2004 | 3000 | 5560 | 22/22 05.08.2022 |
5 | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi | Vaz 21070 minik | 2006 | 2500 | 3600 | 22/22 05.08.2022 |
6 | Azərbaycan Respublikası Baş Prokurorluğu | Volkswagen Passat minik | 2011 | 7000 | 7800 | 22/22 05.08.2022 |
7 | Azərbaycan Respublikası Baş Prokurorluğu | Skoda Super B minik | 2012 | 6500 | 8300 | 22/22 05.08.2022 |
8 | Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi "Siqnal" İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi | Tofaş Şahin minik | 2004 | 2500 | 2500 | 22/22 05.08.2022 |
9 | Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi | Hyundai Sonata minik | 2004 | 3000 | 3000 | 22/22 05.08.2022 |
10 | Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi | Daewoo Nexia GLE minik | 2008 | 3500 | 4000 | 22/22 05.08.2022 |
11 | Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Radiotezliklər İdarəsi | VAZ 21074 minik | 2007 | 2500 | 3900 | 22/22 05.08.2022 |
12 | Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Radiotezliklər İdarəsi | VAZ 21074 minik | 2007 | 2500 | 3605 | 22/22 05.08.2022 |
13 | Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti | Toyota Camry Minik | 2005 | 4500 | 8000 | 22/22 05.08.2022 |
14 | Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti | Kia Optima Minik | 2005 | 3000 | 4600 | 22/22 05.08.2022 |
15 | Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti | Kia Optima Minik | 2006 | 3000 | 7100 | 22/22 05.08.2022 |
16 | Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti | Daewoo Nexia Minik | 2005 | 3000 | 4200 | 22/22 05.08.2022 |
17 | Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti | Kia Optima Minik | 2005 | 3000 | 4300 | 22/22 05.08.2022 |
18 | Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti | Chevrolet Epica | 2010 | 5500 | 7255 | 22/22 05.08.2022 |
19 | Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti | Honda Accord Minik | 2013 | 8000 | 20000 | 22/22 05.08.2022 |
20 | "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyəti | Toyota Camry Minik | 2006 | 8000 | 13200 | 22/22 05.08.2022 |
Məlumat üçün bildiririk ki, növbəti hərraclar sentyabrın 27-si, oktyabrın 4-ü və 11-də keçiriləcək. Hərraca səhmdar cəmiyyətlərin səhm paketi, kiçik dövlət müəssisələri və nəqliyyat vasitəsi çıxarılacaq.
Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür.
Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.