Çində ilin əvvəlindən bəri müşahidə olunan avtomobil satışlarının azalması davam edərkən, avtomobil ixracındakı güclü artım diqqət çəkib.
Çin maşınları «Mercedes-Benz»i də vurdu - MƏNFƏƏTI İKİQAT AZALIB
FED.az xəbər verir ki, Çin Avtomobil İstehsalçıları Assosiasiyası tərəfindən açıqlanan məlumatlara görə, ölkədə avtomobil satışları aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə 21,6% azalaraq 1 milyon 625 min ədədə enib.
Benzinlə işləyən avtomobillərin satışları illik müqayisədə 32,2% azalaraq 710 minə düşüb. Elektrikli avtomobillərin satışları isə 10,8% azalaraq 914 min səviyyəsində qeydə alınıb.
Eyni dövrdə avtomobil ixracı isə 74,4% artaraq 901 minə yüksəlib. İxracdakı güclü artım daxili bazardakı satış azalmasını tarazlaşdıran əsas amillərdən biri olub.
İxrac da daxil olmaqla ümumi avtomobil satışları 2 milyon 526 minə çatıb və illik müqayisədə 2,5% azalma qeydə alınıb.
Çində avtomobil satışları ilin ilk dörd ayında isə ötən ilin eyni dövrü ilə müqayisədə 20,6% azalıb. (Marja)













