Çin yanvar-oktyabr aylarında 20,7 milyon avtomobil istehsal edib ki, bu da əvvəlki illərin eyni dövrləri arasında mütləq rekorddur və 2019-cu ilin pandemiyadan əvvəlki nəticələrindən 20%-dən çox yüksəkdir.
«Tesla»nın yeni TIR avtomobili hamını üstələyib – REKORD VURUB
FED.az xəbər verir ki, üyni zamanda, Avropa İttifaqı və Britaniyada anti-Rusiya sanksiyaları fonunda işlər o qədər də yaxşı deyil: bu ilin ilk 10 ayında məhsul istehsalı dörd il əvvəlki göstəricilərdən 22,5% geridədir, 10,4 milyon ədədə qədər düşüb.
Avropa ölkələri arasında bu il avtomobil istehsalı ən çox Finlandiyada, Sloveniyada, Rumıniyada, Hollandiyada və Fransada azalıb.
Son dörd ildə baş verən hadisələr Avropa ölkələrində avtomobil satışının dinamikasına kifayət qədər ağrılı təsir göstərib - bu ilin 10 ayı ərzində nəticə 2019-cu illə müqayisədə 20,22% aşağı olub.
Lakin Çin öz dinamikasını inamla artırırıb: bu il ölkədə təkcə istehsal deyil, həm də satış artıb. Satış 20% artaraq 20,6 milyon ədəd təşkil edib.
Çinin avtomobil sənayesində təxminən 30 milyon insan çalışır ki, bu da Avropadakından (12,9 milyon nəfər) iki dəfə çoxdur. Eyni zamanda, Avropada avtomobil istehsalı ilə bağlı acınacaqlı vəziyyət fonunda onların istehsalında bilavasitə məşğul olanların sayında - son bir neçə ildə 10% azalma müşahidə olunur. (Marja)