«Tesla» şirkətinin elektriklə işləyən iri yük avtomobili «Tesla Semi» dünya testlərində bütün rəqiblərini böyük fərqlə üstələyib.
TİR-lara yeni rəqib gəlir - 40 tonluq “Mercedes” TIR-ı bir enerji doldurma ilə - 1000 KM GETDİ
Sentyabrda Şimali Amerika Yük Effektivliyi Şurası (NACFE) tərəfindən təşkil edilən “Run on Less” tədbiri «Tesla Semi» yük avtomobili üçün əsl performansa çevrilib.
Bu maşınlar Azərbaycana idxal olunmur - Avtomobil bazarındakı vəziyyət - AÇIQLANDI
FED.az xəbər verir ki, təşkilatın dərc etdiyi hesabata əsasən, «Tesla»nın tam elektriklə işləyən 8-ci sinif yük avtomobili, özünün əsas rəqiblərini «Freightliner» və «Volvo» kimi tanınmış yük maşını istehsalçılarını geridə qoyub. Üstünlük özünü həm qət edilən məsafədə, həm də enerji yığma müddətində göstərib.
Ölkəmizdə kreditlə toy etmək - AVTOMOBİL ALMAQDAN ASANDIR
Təmiz nəqliyyat təşkilatı olan «Calstart»ın baş direktoru John Boesel, ilk məlumatlara istinad edərək, «Tesla» avtomobilini bu bazarın lideri adlandırıb.
TIR-ların yarışı Şimali Amerikada 2 həftə davam edib. Bu müddətdə 22 yük maşını müxtəlif sifarişləri yerinə yetirib və onların göstəriciləri izlənilib.
Bu maşınlar Azərbaycana idxal olunmur - Avtomobil bazarındakı vəziyyət - AÇIQLANDI
«PepsiCo» şirkətinin istifadəsində olan, yəni sərinləşdirici içki daşıyan «Tesla Semi» yük maşınları «Run on Less» tədbiri ərzində bütün digər TIR-ları üstələyərək gün ərzində ən böyük orta məsafə qət edib.
Tədbir zamanı toplanan məlumatlar göstərdi ki, «Tesla Semi» 643 km məsafə qət edə və sonra cəmi 45 dəqiqə ərzində təxminən 80 faiz enerji toplaya bilir.
«PepsiCo»nun ən yüksək performanslı «Tesla Semi» modeli 18 gün ərzində gündə təxminən 925 km yol qət edib. Növbəti ən yüksək orta yürüş sürəti gündə təxminən 410 km olan «WattEV» şirkətinin «Nikola Tre BEV» modeli, ardınca təxminən 291 km məsafə ilə «OK Produce»nin «Freightliner eCascadia» və «Volvo VNR Electric»in orta yürüşü təxminən 282 km olub.
Yarış zamanı bir «Tesla Semi» avtomobili 750 kilovatlıq doldurma stansiyalarında üç sürətli doldurma əməliyyatı ilə bir gündə 1732 km yol qət edib və batareyanı təxminən 47 faiz, sonra 89 faiz, daha sonra isə 52 faiz səviyyəsində saxlayıb.