Bu ilin yanvar-fevral aylarında Azərbaycana 267,4 milyon dollar dəyərində 11 min 933 ədəd müxtəlif təyinatlı avtomobil idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 21,5 milyon dollar və ya 7,5%, miqdar ifadəsilə isə 4 min 825 ədəd, başqa sözlə 28,8% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral ayları ərzində ölkəyə 288,9 milyon dollar dəyərində 16 min 758 ədəd avtomobil gətirilmişdi.
Bu ilin yanvar-fevral aylarının nəticələrinə görə idxal olunan bir avtomobilin orta qiyməti 22 min 408 dollar (təxminən 38 min 094 manat) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 17 min 242 dollar (təxminən 29 min 311 manat) idi. Bu da illik müqayisədə 5 min 166 dollar (8 min 783 manat) və ya 30% bahalaşma deməkdir.











