Böyük Britaniya hakimiyyəti 2035-ci ilə kimi böyük olmayan, 2040-cı ilə kimi yük götürmə qabiliyyəti 26 tondan yuxarı olan dizellə işləyən yük avtomobillərinin satışına qadağa qoymağa hazırlaşır.
Eləcə də bax: Bu ölkədə benzin-dizel avtomobil satışları - 10%-DƏN AŞAĞI DÜŞDÜ
FED.az xəbər verir ki, bu barədə avtomobil nəqliyyatında karbon tullantılarını azaldılması üzrə hökumət proqramında deyilir. Belə ki, 2050-ci ilə kimi bu tip tullantıların həcminin sıfır səviyyəyə salınması hədəflənir.
Qeyd edilir ki, yerli yük daşıyıcıları hökümətin həddindən yüksək hədəf müəyyən etdiyi bildirir. Çünki bu gün üçün uzun yol qət edən böyük yük avtomobillərinə akkumulyatordan işləməyə imkan verən texnologiyalar mövcud deyil.
Xatırladaq ki, daha əvvəl Avropa İttifaqında yük avtomobillərinin iri istehsalçıları iritonnajlı dizel avtomobillərin satışını nəzərdə tutlandan 10 il tez, yəni 2040-ci ilə kimi dayandırmaq haqda qərar verdi. Sənədə "Daimler", "Scania", "Man", "Volvo", "Daf", "Iveco" və "Ford" imza atıb. (Report)