Bu ilin ilk 9 ayında Azərbaycana 70,6 milyon dollar dəyərində 6 min 30 ədəd yük daşımaq üçün nəqliyyat vasitəsi idxal edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2024-cü ilin eyni dövrü ilə müqayisədə yük avtomobillərinin idxalı dəyər ifadəsi ilə 31,5 milyon dollar və ya 30,8%, miqdar ifadəsi ilə isə 212 ədəd və ya 3,4% azalıb.
Ötən ilin eyni dövründə xaricdən 102,1 milyon dollar dəyərində 6 min 242 ədəd yük avtomobili gətirilmişdi.
1 ədəd yük avtomobilinin orta idxal qiyməti 2025-ci ilin 9 ayının nəticələrinə görə orta hesabla 11 min 701 dollar (19 min 892 manat) olub ki, bu da son bir ildə 4 min 672 dollar (7 min 942 manat) və ya 28,6% ucuzlaşma deməkdir.
2024-cü ilin yanvar-sentyabr aylarında isə 1 ədəd yük avtomobilinin orta idxal qiyməti 16 min 373 dollar (27 min 834 manat) olub.