2024-cü ildə Azərbaycan xaricdən 1 milyard 844,2 milyon min dollar dəyərində 91 min 838 ədəd avtomobil idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə 2023-cü illə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 4 min 133 ədəd və ya 4,3% azalıb, dəyəri isə 163,5 milyon dollar və ya 9,7% artıb.
Əvvəlki ildə Azərbaycana 1 milyard 680,7 milyon dollar dəyərində 95 min 971 ədəd avtomobil idxal edilib.
Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı 121,6 milyon dollar dəyərində 3 min 027 ədəd, hibrid mühərrikli avtomobillərinin sayı isə 679,5 milyon dollar dəyərində 26 min 197 ədəd təşkil edib. Yük avtomobillərinin ümumi sayı 141 milyon dollar dəyərində 8 min 430 ədəd, xüsusi təyinatlı avtomobillərin sayı 68,5 milyon dollar dəyərində 569 ədəd olub.