2023-cü ilin yanvar-avqst aylarında Çindən Azərbaycana 4,534 min minik avtomobili və sərnişin daşınması üçün nəzərdə tutulan digər nəqliyyat vasitəsi idxal olunub.
FED.az xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsinin materiallarına əsaslanan hesablamalarında qeyd olunur.
Hesabat dövrü ərzində Çindən Azərbaycana bu məhsulun ixracı $87,7 milyon dəyərində qiymətləndirilib.
Avqustda Çindən Azərbaycana minik avtomobili və sərnişin daşınması üçün nəzərdə tutulan digər nəqliyyat vasitələrinin idxalı say ifadəsində iyul ayına qədər 39,6% - 896 ədədə qədər, pul ifadəsində - 36,4% - aydan aya $15,828 milyonadək artıb.
Ötən ilin analoji dövrü ərzində Çinin Baş Gömrük İdarəsi statistika dərc etmir. (İnterfaks-Azərbaycan)