Son doqquz ayda “Audi”nin gəliri 5.5% azalaraq 15.3 milyard avroya düşüb, əməliyyat mənfəəti isə 11 dəfə enərək cəmi 106 milyon avro təşkil edib. Bu dövrdə şirkət satışlarda da çətinliklərlə üzləşib, üçüncü rübdə satılan avtomobillərin sayı 16% azalıb və doqquz aylıq dövrdə ümumi satışlar 10.9% enərək 1.25 milyon avtomobilə düşüb.
“Volkswagen” Almaniyanın avtomobil sənayesində böhranla üz-üzə
FED.az xəbər verir ki, “Audi”nin Çin bazarında rəqabət şəraitində çətinlikləri daha çox hiss olunur. Şirkətin Çindəki satışları 8.6% azalıb, bu da yerli markaların təzyiqi və iqtisadi vəziyyətlə əlaqələndirilir. Bundan başqa, Brüsseldəki zavodun restrukturizasiyası üçün ayrılan 1.2 milyard avro da şirkətin maliyyə göstəricilərinə mənfi təsir göstərib.
Bununla yanaşı, “Audi”nin tərkibində olduğu “Volkswagen Group” xərcləri azaltmaq məqsədilə bir neçə zavodunu bağlamağı planlaşdırır. Digər iri istehsalçılar, o cümlədən “BMW” və “Mercedes-Benz” də satışların azaldığını bildiriblər.