Çinin avtomobil nəhəngi «BYD» şirkəti özünün flaqman sedanını «Denza Z9 GT»i təqdim edib.
«BMW 5-ci seriya» və «Mercedes-E-klass»a rəqib gəlir – 500 MİN ƏDƏD SATILIB - FOTOLAR
FED.az xəbər verir ki, yeni model məşhur «Porsche Panamera»ya oxşaması ilə tanınır, «Denza Z9 GT»nin həm qabaritləri, həm də forması və proporsiyaları «Panamera»da olduğu kimidir, qiyməti isə xeyli aşağıdır.
«BYD Denza Z9 GT» modeli həm hibrid, həm də tam elektrik variantında təqdim olunur. Opsiyalarından asılı olaraq maşın «Pro», «Max» və «Ultra» variantlara ayrılır, qiymətlər isə 47,5 min dollardan 58,9 min dollar arasında dəyişir. Bütün modellərdə tam ötürücü transmissiya var. Elektromobillərin mühərriki ümumilikdə 965 at gücündədir, gediş məsafəsi 630 kilometrdir. Hibrid vesiyasında isə 207 at güclü 2 litrlik mühərrik 2 elektromotorla dəstəklənir və ümumi at gücü 870-ə çatır. Hibridin maksimal gediş məsafəsi 1100 km, benzin sərfi 100 kilometr üçün 5,6 litrdir.
«BYD Denza Z9 GT»nin ölçüləri - 5180 x 1990 x 1500 mm, təkər bazası isə yüksmək rahatlığı təmin edən 3125 mm-dir.
«BYD Denza Z9 GT»nin daha bir fərqli cəhəti arxa təkərlərin də idarə edilməsidir, maşında arxa təkərlər 10 dərəcə dönə bilir, bu dönmə radiusunu kiçiltməyə imkan verir – cəmi 4,62 metr.
Maşının içərisində 3 ekran var, ön və arxa oturacaqlar qızdırılır, ventilyasiya edilir. Qabaqdakı sərnişinin «sıfır qravitasiyalı» yüksək komfortlu kreslosu idarə olunan ayaqaltılarla təmin edilib. Maşının qapıları bir döyməyə basmaqla açılır.
Hər şeydən əlavə «Denza Z9 GT»də 2 soyuducu da yerləşdirilib.