Çinin premium avtomobil brendi olan «Hongqi» yenilənmiş «Hongqi H5-2025»i təqdim edib.
«Toyota Prius» yanacaq sərfiyyatına görə – DÜNYA REKORDU VURDU – 100 KM-Ə 2,5 LİTR
FED.az xəbər verir ki, «BMW 5» və «Mercedes-Benz E» sinfinin əvəzedicisi kimi təqdim olunan «Hongqi H5 2025» 10 variantda təklif edilir. Maşının qiyməti 22,7 min dollardan 32 min dollarədək dəyişir.
Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ – Daşınma ilə deyil, sürülərək gətirilir - VİDEO
Xatırladaq ki, «Hongqi H5» modeli 2018-ci ildə təqdim edilib və indiyədək təkcə Çində 500 min ədəd satılıb.
Qazaxıstanda «Kia Sorento» və «Kia Sportage»lərın istehsalı başlayır – İLDƏ 70 MİN AVTOMOBİL!
Maşının xarici görünüşü o qədər də dəyişməyib, əvəzində təchizatı xeyli yaxşılaşıb. Belə ki, mediasistemin əməliyyat yaddaşı 6 QB-dan 8 QB-ya qaldırılıb. Ən sadə versiyada belə ətrafın kamera görünüşü və kresloların qızdırılması əlavə edilib, orta versiyalarda isə avtoparkinq və ön oturacaqların ventilyasiyası var. Bundan başqa, avtomobildə 7 düymlük cihazlar paneli və 17 düymlük disklər var.
|Azərbayanda ən populyar 10 avtomobil brendi - SİYAHI - ARAŞDIRMA
Top komplektasiyada isə sükanın və arxa oturacağın qızdırılması, proyeksiyalı ekran, 12 dinamik, klimat sistemin tərkibinə daxil olan aromatizator, sürücü kreslosunda masaj, 5G modemi var.
Birdəfəyə 1400 kilometr gedir, yanacaq sərfi 1,25 litr – 17,5 MİN DOLLARDAN UCUZDUR
Avtomobilin 10 versiyası 3 motorla təqdim edilir. Ən sadə versiyada 1,5 litrlik 169 at gücündə olan mühərrik var. 2-ci variant – 2 litrlik mühərrik 224 at gücünə malikdir və 8 pilləri sürət qutusuna birləşdirilib. Ən bahalı variant – hibrid versiyada isə 1,5 litrlik mühərrikə əlavə elektrik mühərriki də dəstək verir və ümumilikdə 359 at gücü hasil edilir.