2023-cü ildə Avropa İttifaqı (Aİ) ölkələrindən Azərbaycana 10 nəfərdən az adamın daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin ixracı 2022-ci illə müqayisədə dəyər ifadəsində 44,9% artaraq rekord 250 milyon avroya çatıb.
Xaricdən Azərbaycana gətirilən elektromobillər - 11% BAHALAŞIB
FED.az xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsi (Avrostat) bildirir.
Hesabat dövründə əsas ixracatçıların üçlüyünə Almaniya (125,3 milyon avro, artım 31,9%), Slovakiya (62,1 milyon avro, artım 66,4%) və İtaliya (25,9 milyon avro, artım 92,5%) daxil olub.
Hesabat dövrü ərzində Aİ ölkələrindən mühərrikinin həcmi 1500 kubsantimetrdən 3000 kubsantimetrə qədər olanbenzin mühərrikli nəqliyyat vasitələrinin idxalı pul ifadəsində 65,7% 71,2 milyon avroya qədər artıb. Xüsusilə, Almaniyadan Azərbaycana 34,1 milyon avro (artım 2,2 dəfə), Slovakiyadan – 20,1 milyon avro (artım 29,8%), Çexiyadan – 11,1 milyon avro dəyərində (artım 23,4%) belə nəqliyyat vasitələr idxal edilib.
Eyni zamanda, 2023-cü ildə qoşulan hibdrid istisna olmaqla, benzin-hibrid avtomobillərin ixracı pul ifadsində 65,7% 63,9 milyon avroya qədər artıb. Həmçinin, hesabat dövründə Slovakiyadan Azərbaycana belə nəqliyyat vasitələrinin tədarükü 3,6 dəfə 36,9 milyon avroya qədər artıb, Almaniyadan isə 22,6% 20,9 milyon avro qədər azalıb.
Ötən il mühərrikinin həcmi 300 kubsantimetrdən çox olan benzin mühərrikli nəqliyyat vasitələrinin ixracı pul ifadəsində 13,7% 37,4 milyon avroya qədər artıb. Həmçinin, İtaliyadan 21,1 milyon avro (artım 65,7%), Almaniyadan 10,2 milyon avro (azalma 33,3%) belə nəqliyyat vasitələri ixrac olunub.
2023-cü ildə Aİ ölkələrindən elektromobillərin tədarükü pul ifadısində 4,3 dəfə 23,1 milyon avroya qədər, xüsusilə Almaniyadan – 4,8 dəfə 20,6 milyon avroya qədər artıb. (İnterfaks-Azərbaycan)