Zaqatalada fındıq yığıma başlanıb.
Biləsuvarlı fermerlər: "Pomidorun 1 kiloqramını 20 qəpiyə istəyirlər"
FED.az xəbər verir ki, təsərrüfat sahibləri daha erkən yetişən məhsulun Qudryavçik, Çerkes və başqa sortlarını toplayırlar. 15-20 gün sonra isə fındığın geniş yayılmış ata-baba sortunun yığımı aparılacaq..
Fermerlərin sözlərinə görə, məhsulun yetişdirilməsinə çəkilən xərclər artsa da, fındığın satış qiyməti onları qane etmir.
Qeyd edək ki, Zaqatalada ümumilikdə 20 min 188 hektar fındıq bağları var.
Ötən il 30 min tondan çox fındıq istehsal edilib. Bu il rəqəmlərin yüksək olacağı gözlənilir. (Xezerxeber.az)