Vergilər Nazirliyində “Aztürk AQRO” ASC qeydiyyatdan keçib.
FED.az xəbər verir ki, bu barədə məlumat rəsmi mətbuatda dərc edilib. Nizamnamə kapitalı 4000 manat olan cəmiyyətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Fətəli xan Xoyski prospekti ev 85, mənzil 31-dir.
Bu il iyunun 4-də dövlət qeydiyyatına alınan şirkətin qanuni təmsilçisi Fayıq Təvəkkül oğlu Babayevdir.