Türkiyənin Rəqabət Təşkilatı Ferreronun fındıq alışını müzakirə edəcək.
FED.az xəbər verir ki, Rəqabət Təşkilatının sədri Birol Küle, Ferreronun fındıq alış məbləğinə yenidən baxılması tələbini cümə axşamı günü müzakirə edəcəklərini bildirib.
Rəqabət Təşkilatının sədri Birol Küle Bloomberg-ə bildirib ki, fındıq bazarının əsas oyunçusu olan Ferrero-nun yüksək mövsümdə qabıqlı fındıq almaq öhdəliyi məbləğinə yenidən baxılması tələbi ilə bağlı vəziyyət cümə axşamı günü müzakirə olunacaq.
Küre həmçinin bildirib ki, şirkət öhdəliyini yerinə yetirməsə, əvvəlki ilin dövriyyəsinə əsasən cərimə oluna bilər.
Ferrero məsələ ilə bağlı şərh verməyəcəyini bildirib. Ferrero ilə bağlı əvvəlki araşdırma şirkət 2024-cü ildə Rəqabət Təşkilatı qarşısında öhdəliklər götürdükdən sonra dayandırılmışdı.












