Türkiyənin Toprak Mahsulleri Ofisi (TMO) fındıq alım qiymətlərini açıqlayıb.
Fındıq satışından gəlirlər kəskin artdı - 76 MİLYON DOLLARLIQ İXRAC
FED.az xəbər verir ki, qurumun yaydığı məlumatda bildirilib: “Fındıq istehsalçılarının saxlama və maliyyə ehtiyaclarının qarşılanması, eləcə də satış prosesində yarana biləcək çətinliklərin aradan qaldırılması məqsədilə 2025/2026 mövsümü üçün qabıqlı fındıq alım qiymətləri, 50% sağlam fındıq əsasında, Giresun keyfiyyətli fındıq üçün 200 TL/kq (təxminən 4,92 dollar və 8,40 AZN), Levant keyfiyyətli fındıq üçün 195 TL/kq (təxminən 4,80 dollar və 8,19 AZN), sivri keyfiyyətli fındıq üçün isə 190 TL/kq (təxminən 4,67 dollar və 7,98 AZN) olaraq müəyyən edilib”.
TMO həmçinin yüksək məhsuldar fındıqların (50%-dən çox məhsuldarlıq) Giresun keyfiyyətinə görə 4 TL/kq (təxminən 0,10 dollar və ya 0,17 manat), Levant keyfiyyətinə görə isə 3,90 TL/kq (təxminən 0,096 dollar və ya 0,16 manat) əlavə qiymət alacağını açıqlayıb.
Açıqlamada vurğulanıb: “Toprak Mahsulleri Ofisi fındıq alımları ilə bağlı bütün texniki infrastruktur, saxlama, personal və maliyyə hazırlıqlarını başa çatdırıb. Qabıqlı fındıq alımlarına 25 avqustda başlanacaq və alımlar əvvəlki illərdə olduğu kimi randevu əsasında həyata keçiriləcək. 18 avqustdan etibarən TMO-nun iş yerlərindən, internet ünvanından və ya E-Devlet üzərindən randevu əldə etmək mümkün olacaq. İstehsalçılarımızın TMO-ya məhsul təhvil verərkən rütubət səbəbindən problem yaşamamaları üçün məhsullarını qurutmağa xüsusi diqqət göstərmələri vacibdir”.
Xatırladaq ki, ötən il TMO Giresun keyfiyyətli fındıq üçün 132 TL (təxminən 3,25 dollar və 5,54 AZN), Levant keyfiyyətli üçün 130 TL (təxminən 3,20 dollar və 5,46 AZN), sivri keyfiyyətli fındıq üçün isə 125 TL (təxminən 3,08 ABŞ dollar və 5,25 AZN) qiymət müəyyən etmişdi.
Beləliklə, TMO ötən illə müqayisədə fındıq alım qiymətlərində Giresun keyfiyyətli üçün 51,5%, Levant keyfiyyətli üçün 50%, sivri keyfiyyətli üçün isə 52% artım edib.